EN

Ronaldo "Əl-Nəsr"i hədələdi

style='margin-bottom:10px;'>

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo ətrafında gərginlik səngimir.

QOL.az "ESPN Brasil"ə istinadən xəbər verir ki, portuqaliyalı superulduz 2026-cı il Dünya Çempionatından sonra klubu tərk edəcəyi ilə bağlı rəhbərliyi hədələyib.

Məlumata görə, 40 yaşlı hücumçu məşqlərini adi qaydada davam etdirsə də, onun növbəti oyunda meydana çıxması gözlənilmir. Bu fonda Ronaldonun fevralın 6-da "Əl-İttihad"a qarşı keçiriləcək prinsipial matçı buraxacağı ehtimal olunur.

Xatırladaq ki, 2023-cü ilin yanvarından "Əl-Nəsr"in şərəfini qoruyan futbolçunun müqaviləsi 2027-ci ilin iyununda başa çatır. 

Chosen
18
1
teleqraf.com

3Sources