Maqnit fırtınasının orta intensivlikdə olacağı gözlənilir.
QHT.az xəbər verir ki, Günəş son 24 saatda bir neçə güclü partlayış törədib. Onlardan 18-i M sinifli, 3-ü isə X sinifli olub, o cümlədən 2026-cı ilin ən güclüsü sayılan X8.3 partlayışı. Nəticədə Yer kürəsində maqnit fırtınası gözlənilir. Partlayışlar Yer atmosferinin yuxarı qatlarını ionlaşdıraraq radio rabitəsində pozuntulara səbəb olub. Alimlər yaxın günlərdə yeni partlayışların mümkün olduğunu bildirirlər.
Britaniya Geoloji Xidmətinin məlumatına görə, fevralın 5-də G2 səviyyəli (orta) maqnit fırtınası başlayacaq və 5–6 fevral tarixlərində davam edəcək. Bu fırtına rabitə sistemlərində nasazlıqlara, elektrik şəbəkələrində gərginlik dalğalanmalarına və bəzi insanlarda baş ağrısı, yorğunluq kimi əlamətlərə səbəb ola bilər.