EN

Rubio AÇIQLADI: ABŞ İranla görüşə hazırdır

ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İranla danışıqlara hazır olduğunu və mümkün görüşün harada keçiriləcəyinin hazırda müzakirə edildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ tərəfi İranla görüşün Türkiyədə və ya başqa bir platformada təşkil olunması variantlarını nəzərdən keçirir.

Rubio bildirib ki, Vaşinqton dialoqu davam etdirməkdə maraqlıdır və diplomatik kanalların açıq qalmasına önəm verir.

Dövlət katibi vurğulayıb ki, ABŞ ilə Tehran arasında aparılacaq danışıqlar yalnız nüvə proqramı ilə məhdudlaşmamalıdır:

“Vaşinqtonla Tehran arasında mümkün danışıqlar təkcə nüvə dosyesini deyil, həmçinin İranın raket proqramını və bir sıra digər vacib məsələləri də əhatə etməlidir.”

Onun sözlərinə görə, məqsəd regionda təhlükəsizliyin möhkəmləndirilməsi və gərginliyin azaldılması üçün hərtərəfli və davamlı razılaşmanın əldə olunmasıdır.

Məlumata əsasən, ABŞ administrasiyası İranla bağlı siyasətində diplomatiyanı əsas alət kimi saxlamaq niyyətindədir və tərəflər arasında birbaşa təmasların qurulması istiqamətində səylər davam etdirilir.

Sara

Chosen
14
nocomment.az

1Sources