EN

Tramp 300 milyon dollarlıq bal zalının maketiniPAYLAŞDI

ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında gələcək 300 milyon dollarlıq bal zalının ilk maketini nümayiş etdirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Metro" qəzeti məlumat yayıb.

Zal neoklassik üslubda olacaq, uzun ağ fasad, hündür sütunlar və üçbucaq frontonla dizayn ediləcək. Layihənin memarı Şalom Baranesdir. "Yeni zalın hündürlüyü və miqyası əsas binaya uyğun və tarixi üslubu qoruyur", - deyə Tramp qeyd edib.

Layihəyə rəhbərlik üçün yeni memar təyin edilib, əvvəlki memar Ceyms Makkriri isə məsləhətçi kimi qalıb. Prezident daha əvvəl layihəni "ölkəyə hədiyyə" adlandırıb və maliyyələşmənin şəxsi vəsaiti və xeyriyyə ianələri hesabına olacağını bildirib.

Chosen
24
redaktor.az

1Sources