Nüvə məsələsi də daxil olmaqla, İranla bağlı problemlərin diplomatik yolla həlli ən uyğun yoldur.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata birgə bəyanatında bildirib.
“Qonşumuz İrana xarici müdaxilələr xüsusən bütün region üçün ciddi risklər yaradacaq”, - Ərdoğan vurğulayıb.