EN

Xırdalanda təhlükəli anlar: Ağac hərəkətdə olan maşının qarşısına aşdı REAL VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Abşeron rayonu, Xırdalan şəhərində təhlükəli anlar kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 4-də saat 14:17 radələrində qeydə alınıb.

Görüntülərdən məlum olur ki, yol kənarında yerləşən ağaclardan biri qəfil kökündən qoparaq hərəkət hissəsinə aşıb.

Xoşbəxtlikdən həmin anda ərazidən keçən “Chevrolet Cobalt” markalı avtomobil qəzadan son anda yayınıb. Təhlükəni vaxtında görən sürücü avtomobili dərhal saxlayıb.

Qeyd edək ki, gün ərzində güclü külək səbəbindən paytaxtın müxtəlif ərazilərində bu cür oxşar hallar müşahidə olunub.

Nərmin

Oxunub 20

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
avtosfer.az

1Sources