EN

Səudiyyə Ərəbistanında Kriştiano Ronaldo ilə bağlı ironik elanlar paylaşılıb - FOTO

Səudiyyə Ərəbistanının bəzi küçələrində “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun guya itkin düşməsi ilə bağlı ironik elanlar yayılıb.

90deqiqe.Az-ın "The Touchline"yə  istinadən məlumata görə, elanlarda yerləşdirilən mətndə fotodakı şəxsin “ailəsi tərəfindən axtarılan, 40 yaşlı və təsəlli olunmaz şəkildə ağlamağa məcbur qalan kişi” olduğu qeyd edilib.

Daha əvvəl Kriştiano Ronaldonun klubla mövcud müqaviləsini vaxtından əvvəl ləğv etmə ehtimalını nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı. Təcrübəli hücumçu 2023-cü ildən etibarən “Əl-Nəsr”in formasını geyinir. Onun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, nüfuzlu Transfermarkt portalı Kriştiano Ronaldonun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Chosen
29
90deqiqe.az

1Sources