EN

DİM sədri: Belə insanlar üçün bu, yaxşı dərs olacaq

Hazırda 2 məhkəmə prosesi davam edir. Ən pis hal odur ki, məhkəməyə cəlb edilən şəxslər, əsasən, müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir.

Vətəninfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

O, təhsil eksperti Kamran Əsədovla bağlı sualı cavablandırıb:

“Çox istərdim ki, bu cür insanlar təhsildən uzaqlaşsınlar. Belə insanlar üçün bu, yaxşı dərs olacaq”.

Xatırladaq ki, Kamran Əsədov ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur və hazırda həbsdədir.

Chosen
16
veteninfo.az

1Sources