EN

Dünyaca məşhur alim Stiven Hokinq haqqında sarsıdıcı iddialar ÜZƏ ÇIXDI – FOTO

Stiven Hokinqin adı Epşteyn sənədlərində hallanır.

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

Məşhur fizik Stiven Hokinqin adı maliyyəçi Ceffri Epşteynin məxfi sənədlərində ən azı 232 dəfə qeyd olunub.

Sənədlərdə yer alan iddialara görə, Epşteynin nəzarətində olan qızlardan biri alimlə yatdığı bildirilir.

Fayllar Hokinqin maliyyəçi ilə şəxsən görüşdüyünü təsdiqləyir.

Bu məlumatların fonunda sosial şəbəkələrdə alimin Epşteynə məxsus adada qadınların əhatəsində çəkilmiş fotoları yenidən gündəmə gəlib.

Onların 2006-cı ildən tanış olduqları bildirilsə də, sözügedən şəkillərin dəqiq hansı tarixdə çəkildiyi məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
40
interpress.az

1Sources