EN

Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparır

Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparır

Davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, mövcud hava şəraiti ilə bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.

Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir.

Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir.

Chosen
14
13
afn.az

10Sources