EN

"Türk Hava Yolları" şirkətinə aid təyyarə Hindistanda təcili eniş etdi

Bakı. Trend:

"Türk Hava Yolları" (Turkish Airlines) şirkətinə məxsusKatmandu-İstanbul marşrutu ilə uçan sərnişin təyyarəsi HindistanınQərbi Benqal əyalətinin beynəlxalq aeroportunda təcili enişedib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Yerli aerport rəsmilərinin bildirdiyinə görə, təcili enişə səbəbtəyyarədə sağ mühərrikin alışması ilə bağlı siqnalın daxilolmasıdır.

Təyyarənin göyərtəsində 236 sərnişin və 11 ekipaj üzvü olub.

"Sağ mühərrikin alışması barədə xəbərdarlıq siqnalı qalxışdanqısa müddət sonra işə düşüb. Pilot dərhal sağ mühərrikisöndürüb.

Katmanduya qayıtmaq əvəzinə, təyyarə saat 14:50-də (Bakı vaxtıilə 13:20) Kəlküttə hava limanına enib. Sərnişinlər və ekipaj bortutərk etdikdən sonra yoxlama aparılması üçün təhlükəsiz zonayaçəkiliblər", - deyə hava limanının nümayəndəsi bildirib.

Məqalədə:
Chosen
45
1
az.trend.az

2Sources