“Qurtuluş Reabilitasiya Mərkəzi”ndə narkotik asılılıqdan əziyyət çəkən şəxsə işgəncə verilməsi faktını özündə əks etdirən fotolar yayılıb.
KONKRET.az bildirir ki, Ajans.az -ın yaydığı fotolardan görünür ki, müalicə adı altında Reabilitasiya Mərkəzində saxlanılan şəxsin əlləri ayaqları skoçla bağlanıb.
Qeyd edək ki, fotolarda hadisənin əks olunduğu faktlar Reabilitasiya Mərkəzinin Sumqayıt şəhərində yerləşən 1-ci korpusunda baş verib.


