EN

“Nyukasl”, “Neftçi”, “Sabah”... Qurban Qurbanovun “Qarabağ”ı mühasirədə!

Çempionlar Liqasının pley-offunda “Nyukasl”la qarşılaşacaq “Qarabağ”ın Azərbaycan derbisini təxirə salmaq planı baş tutmadı. Daha doğrusu, “Neftçi” əzəli rəqibə güzəşt etmədi.

Bilindiyi kimi, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov Misli premyer-liqasının 18-ci turunda “Turan Tovuz”la oyundan sonra keçirilən mətbuat konfransında qrafikin İngiltərə təmsilçisiylə üz-üzə gələcəkləri oyun üçün hazırlaşmağa uyğun olmadığını dedi. Bu səbəbdən ağdamlıların növbəti
matçlarının cədvəlini təqdim etmək qərarına gəldik.

5 fevral
Bizon ölkə kuboku, 1/4 final, ilk oyun
Şamaxı – Qarabağ
Şamaxı, şəhər stadionu. Saat 14.30.
10 fevral
Misli premyer-liqası, 19-cu tur
Şamaxı – Qarabağ
Şamaxı, şəhər stadionu. Saat 14.30.
14 fevral
Misli premyer-liqası, 20-ci tur
İmişli – Qarabağ
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.
18 fevral
Çempionlar Liqası, pley-off, ilk oyun
Qarabağ – Nyukasl
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
21 fevral
Misli premyer-liqası, 21-ci tur
Neftçi – Qarabağ
Bakı, “Palms Sports Arena”. Saat 19.00.
24 fevral
Çempionlar Liqası, pley-off, cavab oyunu
Nyukasl – Qarabağ
Nyukasl, “Sent Ceyms Park”. Saat 00.00.


Göründüyü kimi, fevralın 1-də “Turan Tovuz”la qarşılaşan “köhlən atlar” bu ay daha 6 matç keçirməlidi. Ağdamlılar Şamaxı və Qubada süni ot örtüyü üzərində forma geyməyə məcburdu. Evdə “Nyukasl”a qarşı xeyli güc sərf ediləcək. Ardından həddən artıq prinsipial matç – Azərbaycan derbisi gəlir. Sonra İngiltərəyə səfər... “Qarabağ” təkcə 4 min kilometrdən çox məsafə qət etməli olacaq. Gəlişi də hesablasaq... Hələ onu demirik ki, komanda martın 1-də çempionluq uğrunda mübarizə aparan “Sabah”ı qəbul edəcək. Yəni təkcə fevralı uğurla sona çatdırmaq “köhlən atlar” üçün yetərli olmayacaq.

Görəsən, Qurban Qurbanov və komandası bu sınaqlardan da üzüağ çıxa biləcəkmi? Ən əsası, “Nyukasl” səddi aşılacaqmı?

KƏNAN BAHADIR

Chosen
4
1
football-plus.az

2Sources