EN

Qusarda mikroavtobus aşdı -

Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb.

Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı "Lada" markalı minik avtomobilinə də zərər dəyib.

    Faktla bağlı araşdırma aparılır.

    Chosen
    15
    6
    metbuat.az

    7Sources