EN

Müəllimlərin attestasiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Fevralın 3-də Mədəniyyət Nazirliyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib.

Mədəniyyət Nazirliyin mətbuat xidmətindən NOCOMMENT.az-ın sorğusuna cavab olaraq bildirilib ki, musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyası prosesi əvvəlcədən təsdiq və elan edilmiş attestasiya proqramı əsasında, şəffaflıq və obyektivlik prinsiplərinə uyğun şəkildə həyata keçirilir.

Attestasiya nəticələrinə əsasən komissiya tərəfindən müəllimlərin tutduqları vəzifəyə uyğunluğu ilə bağlı qərar qəbul olunur və həmin qərarlara uyğun olaraq əmək qanunvericiliyinə əsasən müvafiq tədbirlər görülür.

Prosesin əsas məqsədi tədrisin keyfiyyətinin yüksəldilməsi və peşəkar kadr potensialının gücləndirilməsidir.

Chosen
29
nocomment.az

1Sources