Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.
APA-nın Şimal bürosu xəbər verir ki, hazırda şimal rayonlarına qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb. Qusar şəhərinin girişində, enişli yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı "Lada" markalı minik avtomobilinə də zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.