EN

"Günəşli" yatağında tənzimlənən təzyiqlə qazma texnologiyasının tətbiqi planlaşdırılır - SOCAR AQŞ

Bakı. Trend:

Azərbaycanın “Günəşli” yatağında tənzimlənən təzyiqlə qazmatexnologiyasının (Managed Pressure Drilling, MPD) tətbiqiplanlaşdırılır.

Trend xəbər verirki, bu barədə SOCAR AQŞ geoloqu Saleh Orucov Bakıda keçirilən "IADCDrilling Caspian 2026" konfrans və sərgisində bildirib.

“Biz "Günəşli" yatağında tənzimlənən təzyiqlə qazmatexnologiyasının tətbiqi üzərində işləyirik”, – deyə geoloq qeydedib.

Onun sözlərinə görə, MPD texnologiyasının istifadəsi “Günəşli”yatağı üçün mühüm əhəmiyyət daşıyır, çünki layın tükənməsi təbiiproseslərlə deyil, onun intensiv işlənilməsi ilə bağlıdır.

Qeyd edək ki, “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar bloku üzrəMəhsulun Pay Bölgüsü Sazişinin tərəfləri adından operatorfunksiyasını "BP Exploration (Caspian Sea) Limited" şirkəti həyatakeçirir.

Layihədə iştirak paylarının bölgüsü aşağıdakı kimidir: bp –30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil –6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh – 2,92%.

Chosen
29
az.trend.az

1Sources