JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Hüquq müdafiəçiləri klubu” layihəsi çərçivəsində Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə növbəti tədbir baş tutub.

Layihə çərçivəsində şagirdlərin hüquqi biliklərinin artırılması, məhkəmə proseslərinin mahiyyətinin praktiki şəkildə mənimsənilməsi və hüquqi düşüncə tərzinin formalaşdırılması məqsədilə 28.01.2026-cı il tarixində mülki iş üzrə məhkəmə simulyasiyası həyata keçirilib. Bu məqsədlə klubun 10 nəfər fəal üzvü hakim, vəkil, iddiaçı və cavabdeh rollarında iştirak edərək məhkəmə prosesinin mərhələlərini real şəraitə uyğun şəkildə canlandırıblar. Simulyasiya zamanı şagirdlər hüquqi terminlərdən istifadə, arqumentlərin əsaslandırılması, məntiqi düşünmə və ünsiyyət bacarıqlarını praktik müstəvidə nümayiş etdiriblər.

Xatırladırıq ki, “Hüquq müdafiəçiləri klubu” layihəsi Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə layihə rəhbəri Ləman Məstalıyeva tərəfindən həyata keçirilir. Simulyasiya məhkəməsi isə hüquqşünas Arzu Şükürovanın rəhbərliyi ilə təşkil olunub. Layihənin əsas məqsədi şagirdlər arasında hüquqi savadlılığın artırılması, praktik hüquq biliklərinin formalaşdırılması və vətəndaş məsuliyyətinin gücləndirilməsidir.

YouTube video
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX