Bakı. Trend:
Slovakiyanın qərbində yerləşən təhsil müəssisəsində bir şagirdpnevmatik tapançadan atəş açıb.
Trend bu barədəSlovakiya KİV-ə istinadən xəbər verir.
Hadisə Novi-Mesto-nad-Vaqom şəhərində yerləşən, uşaq bağçasını,ibtidai məktəbi və gimnaziyanı birləşdirən təhsil müəssisəsində başverib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardımbriqadaları cəlb olunub. İnsident nəticəsində 2 nəfərin xəsarətaldığı bildirilir. Hadisənin təfərrüatları açıqlanmır.