EN

Atəşkəs pozuldu: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 20 nəfər öldü

İsrailin Qəzzanın şimalına və cənubuna endirdiyi zərbələr nəticəsində bir neçə uşaq və bir tibb işçisi də daxil olmaqla azı 20 fələstinli həlak olub.

İsrail atəşkəsi qarşı tərəfin pozduğunu və cavab tədbirlərinin görüldüyünü açıqlayıb. Açıqlamada qeyd edilib ki,  əsgərlərə atəş açan "terrorçular"a qarşı tanklar və təyyarələrlə dəqiq zərbələr endirilib. Atəşkəsin pozulması nəticəsində  bir nəfər hərbçiləri ağır yaralanıb.

Atəşkəsin pozulmasında günahlandırılan Həmas isə bütün bunların uydurma olduğunu açıqlayıb. İsraili də Fəsəlstin xalqına qarşı təcavüzü davam etdirmək üçün bəhanə axtarmaqda günahlandırıb.

Chosen
16
news365.az

1Sources