EN

Narkomaniyadan tam sağalmaq olmur?

“Narkomaniya xroniki problem olduğuna görə burda “tam sağalma” anlayışı düzgün deyil. İnsan bu problemi daim izləməli və nəzarətdə saxlamalıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin "İnstagram" hesabında keçirilən canlı yayım zamanı bildirib

O qeyd edib ki, bəzən insanlar qısa müddətli müalicədən sonra dərhal yaxşılaşma gözləyirlər:

“Nəticə görməyəndə isə müalicəni yarımçıq dayandırıb yenidən narkotikə qayıdırlar. Narkotik maddələr çox güclü asılılıq yaradır və nikotin kimi maddələrlə müqayisədə çox daha təsirlidir. Buna görə də, asılılıqdan qurtulmaq uzun və çətin bir prosesdir. 

İllərlə narkotik istifadə etmiş bir insanın 10–20 gün içində tam sağalmasını gözləmək düzgün deyil. Tibbin işi insanı “tam dəyişdirmək” deyil, onun həyatını yaxşılaşdırmaq, əzabını azaltmaq və ömrünü uzatmaqdır. Hətta tam sağalma olmasa belə, müalicə insanın vəziyyətini yüngülləşdirir”.

Chosen
17
cebheinfo.az

1Sources