EN

“Qurtuluş”da İŞGƏNCƏ FAKTI- EKSKLÜZİV

Ajans.az “Qurtuluş Reabilitasiya Mərkəzi”ndə narkotik asılılıqdan əziyyət çəkən şəxsə işgəncə verilməsi faktını özündə əks etdirən fotolar əldə edib. Fotolardan görünür ki, müalicə adı altında Reabilitasiya Mərkəzində saxlanılan şəxsin əlləri ayaqları skoçla bağlanıb.  Xatırlatmaq istəyirik ki, adı çəkilən mərkəzdə baş verən müəammalı hadisələr, mərkəzin rəhbəri Ceyhun Salmanovun fəaliyyətində şübhəli məqamların olması və bu mərkəzdə ciddi yoxlama aparılmasının vacibliyini ilk dəfə Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibov 13 sentyabr 2025-ci ildə gündəmə gətirmiş, dəfələrlə hüquq-mühafizə orqanlarına çağırış etmişdi. Araşdırmamız davam edir. Tükürpədici faktları sizə təqdim edəcəyik.

 

Chosen
57
7
Ajans.az

10Sources