EN

Uçot dərəcəsi düşür, kredit faizləri artır – “Bu da sizə azərbaycansayağı “transmissiya”…”

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı son qərarı ilə uçot dərəcəsini 6.5 faizə endirib. Ümumiyyətlə, Azərbaycandakı uçot faiz dərəcəsi MDB məkanı üçün kifayət qədər əlverişli sayıla bilər. Lakin buna baxmayaraq, uçot dərəcəsinin azaldılması bankların verdiyi kreditlərin ucuzlaşmasına gətirib çıxarmır. Əksinə, kreditlər baha və bir çox hallarda əlçatmaz olaraq alır.

Vətəninfo.az  xəbər verir ki, iqtisadçı Rövşən Ağayev bu mövzuyla bağlı paylaşımında son illərin kredit faizləri dinamikasına toxunub:

“Media indilərdə xəbər yaydı ki, Mərkəzi Bankı uçot dərəcəsini 6,5 %-ə endirib.

Bu xəbəri oxuya-oxuya Mərkəzi Bankın sevə-sevə, çox tez-tez işlətdiyi “transmissiya” termini yadıma düşdü. Mənası Mərkəzi Bank qərarlarının real iqtisadiyyata ötürülməsidir.

Məsələn, həm nəzəri baxımdan, həm də normal bazar mexanizmlərinin işlədiyi iqtisadiyyatlarda mərkəzi banklar uçot dərəcəsini azaldanda kreditdlər ucuzlaşlamalıdır.

Yəni, bizim sevimli “transmissiya”nın əsas kanallarından, ya da nəticələrindən biri də budur və ya bu olmalıdır.

Alın, bu da sizə azərbaycansayağı “transmissiya”: 2018-ci ilin sonunda uçot dərəcəsi olub 9,75%, həmin dövrdə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 15,9%.

2025-ci ilin sonunda uçot dərəcəsi olub 6,75%, həmin dövrdə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 17,7%”.

Chosen
73
veteninfo.az

1Sources