EN

Bahalı hotellər, boş otaqlar Sektorun görünməyən problemi

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son vaxtlar ölkədə hotellərin təxminən yarıdan çoxunun boş qalması turizm sektorunda ciddi suallar doğurur. Bu mənzərə bazarda balansın pozulduğunu açıq göstərir. Potensial kifayət qədər olsa da, mövcud turizm infrastrukturu gözlənilən nəticəni vermir. Mövsüm faktoru, xidmət səviyyəsi, qiymət siyasəti və düzgün qurulmayan bazar strategiyaları problemin əsas səbəbləri kimi önə çıxır. Məsələnin mahiyyəti isə daha dərindir və yalnız statistik göstəricilərlə izah olunmur.Mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, hotellərin boş qalmasının səbəblərini yalnız bir amillə izah etmək mümkün deyil:“Xarici turistlərin sayı artsa da, bu artım hələ ölkənin bütün regionlarına bərabər şəkildə yayılmayıb. Turistlərin böyük hissəsi əsasən Bakıya və bir neçə məşhur bölgəyə üstünlük verir. Məsələn, turistlərin 77 faizdən çoxu məhz paytaxtda qalır ki, bu da regionlardakı hotellərin boş qalmasına səbəb olur. Bəzi hallarda, xüsusilə yüksək səviyyəli otellərdə və turizm mövsümündə qiymətlərin baha olması da turistlərin daha qənaətcil seçimlərə yönəlməsinə gətirib çıxarır. Bundan əlavə, xidmət səviyyəsi və turizm infrastrukturunun keyfiyyəti hər yerdə beynəlxalq rəqabətə tam uyğun olmadığından, bu amil turist təcrübəsinə və təkrar səfər qərarına mənfi təsir göstərə bilir”.O deyib ki, turizmin Azərbaycanda daha çox mövsümi xarakter daşıması da doluluq göstəricilərinə təsir edir:“Yay aylarında dənizkənarı ərazilərdə, qışda isə bəzi kurort zonalarında canlanma olsa da, ilin qalan dövrlərində tələbat xeyli aşağı düşür. Nəticədə hotellərin doluluq səviyyəsi şəhər və bölgələr üzrə kəskin fərqlənir: bəzi məkanlarda yüksək olduğu halda, əksər regionlarda aşağı olaraq qalır. Rezervasiya və qiymət müqayisə platformalarında əsasən iri və mərkəzi hotellər daha görünən olur. Kiçik və region hotelləri isə bu rəqabətdə kifayət qədər seçilə bilmədiyi üçün müştəri cəlb etməkdə çətinlik çəkir. Beləliklə, hotellərin 75 faizdən çoxunun boş qalmasının səbəbi təkcə baha qiymətlər deyil. Burada sərhəd və axın məhdudiyyətləri, bölgələr üzrə qeyri-bərabər tələbat, xidmət və infrastruktur keyfiyyəti, eləcə də mövsümilik kimi bir neçə əsas amil eyni vaxtda rol oynayır. Qiymət siyasəti isə bu amillərdən yalnız biri olaraq turist seçimlərinə təsir göstərir”. Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
demokrat.az

1Sources