EN

İnsan narkomana belə çevrilir: Narkoloji Mərkəzin baş direktoru danışdı

“Narkotik maddələr insanın psixikasında ilkin mərhələdə eyforiya və müsbət emosiyalar yaradır. Zaman keçdikcə, bu hisslər güclü istəyə, yəni psixoloji asılılığa çevrilir.” 

“Cebheinfo.az” xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin "İnstagram" hesabında keçirilən canlı yayımda bildirib. O qeyd edib ki, orqanizm həmin xoş təsiri yenidən əldə etmək üçün getdikcə daha yüksək doza tələb etməyə başlayır: 

“Narkotik asılılığı yalnız fiziki təsirlərlə məhdudlaşmır, eyni zamanda davranış və psixoloji dəyişikliklərə də səbəb olur. Zaman keçdikcə, istifadəçi özünü idarə etmək qabiliyyətini itirir, gündəlik yaşam tərzini narkotik maddələrə uyğun qurur və bu vəziyyət əksər hallarda geri dönüşü olduqca çətin bir prosesə çevrilir”. 

Chosen
29
1
cebheinfo.az

2Sources