EN

Azərbaycanın Almaniyaya neft ixracı 18% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2025-ci ildə Azərbaycandan 502 milyon 19 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 223 milyon 996 min dollar və ya 30,9% azdır. 

Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 208 min 36 ton və ya 17,9% azalaraq 956 min 716 ton olub.

Qeyd edək ki, bu dövrdə Almaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 5-ci ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
22
1
banco.az

2Sources