EN

Xətaidə kişiyə hədə-qorxu gələrək pul tələb edənlər saxlanıldı

Bakı.Trend:

Paytaxtın Xətai rayonunda Bakı şəhər sakini olan 42 yaşlı kişiNeapol küçəsində yerləşən kafelərin birində 2 nəfərin onunsağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətlərietmələri barədə polisə məlumat verib.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, zərərçəkən daha sonra həmin şəxslər tərəfindənnaməlum ünvana aparılaraq ondan 25000 manat tələb edildiyini,verməyəcəyi təqdirdə isə həyat və sağlamlığına təhlükə yaradacaqzor tətbiq edəcəkləri ilə hədələndiyini deyib. Xətai Rayon Polisİdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatnəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı AqşinƏsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvüsaxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs dəstə üzvüolan qadının tanışı olub və digərləri onun təklifi əsasında qeydedilən cinayət əməlini törədiblər. Saxlanılan şəxslərin hadisənitörətmə anları təhlükəsizlik kameraları vasitəsilə də lentəalınıb.

Faktla əlaqədar Xətai RPİ-də cinayət işi başlanılıb,əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Chosen
7
39
az.trend.az

10Sources