EN

Rus əsgər morqa aparılan zaman dirilib

Yakutiyadan olan Dyulustaan ​​​​İvanov adlı əsgər ağır yaralanıb və həkimlər onun öldüyü qənaətinə gəliblər. Lakin o, morqa aparılarkən yolda özünə gəlib.

Herbiand.a bildirir ki, bu hadisə barədə KP.RU yazıb.

Dyulustaan ​​xüsusi hərbi əməliyyatın birinci ilində səfərbər edilib və cəbhəyə göndərilib. O, Zaporojye bölgəsində tank alayında xidmət edib, daha sonra “Yakut” hücum dəstəsinə köçürülüb.

2022-ci ilin dekabr ayında sığınacaq tikintisi zamanı əsgər Ukrayna snayperinin atəşi altına düşüb. Güllə onun kürəyini deşərək onurğa beyninə, qaraciyərinə, ağciyərlərinə və bağırsaqlarına zərər verib. Qan itkisi sürətli və əhəmiyyətli olub.

Yaralı səhra xəstəxanasına aparılıb. Əməliyyat zamanı İvanovun ürəyi dayanıb. Tibb işçiləri onun öldüyünü qeydə alıblar və cəsədi morqda daşımaq üçün hazırlıqlara başlayıblar. Lakin bir müddət sonra əsgər qəfildən özünə gəlib. Yaxınlıqda olan tibb bacısı hadisədən şoka düşərək huşunu itirib. Bundan sonra Dyulustaan ​​təcili əməliyyat otağına aparılıb.

O, sonralar klinik ölüm anında özünü xəstəxana çarpayısında uzanmış vəziyyətdə gördüyünü və ağ saqqallı, baş geyimində qızıl xaç olan bir qocanın otağa girdiyini, ona xeyir-dua verdiyini və vaxtının hələ gəlmədiyini bildirdiyini söyləyib.

Yaşanan hadisədən sonra Djulustaan ​​​​vaftiz (xaç suyuna salınma - red.) olunmağa qərar verib. Ayin birbaşa xəstəxana otağında icra olunub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
12
herbiand.az

1Sources