EN

Rəsmi Moskva NATO Baş katibinə cavab verib: Ukraynaya yeridiləcək qoşunlar qanuni hədəf sayılacaq

NATO Ukraynaya açıq hərbi müdaxilə planlaşdırır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə

NATO Baş katibi Mark Ruttenin sülh müqaviləsindən sonra Qərb silahlı qüvvələrinin Ukraynada peyda olacağını bildirən açıqlamasına münasibət bildirərkən deyib.

Zaxarova vurğulayıb ki, sülh müqaviləsindən sonra Ukraynada “İstəklilər Koalisiyası”nın qoşunlarının olması Rusiya üçün qəti şəkildə qəbuledilməzdir.

“Moskva onlara qanuni hərbi hədəf kimi baxacaq”, - Rusiya XİN-in sözçüsü qeyd edib.

Chosen
20
6
apa.az

7Sources