BAKI,TurkicWorld, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq, 2 milyard 286 milyon 486 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 31 milyard 652 milyon 794 min dollar məbləğində kimyəvi maddə ixrac edib.
Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 31 milyard 931 milyon 878 min dollara bərabər olub.