EN

Bu evlərə sənəd verilməyəcək - Ekspert açıqladı

Mülkiyyət hüququ insan həyatında və iqtisadi münasibətlərdə mühüm rol oynayır. Lakin ölkəmizdə bəzi hallarda vətəndaşlar müxtəlif səbəblərdən evlərini rəsmi qaydada sənədləşdirə bilmir və bu evlər “sənədsiz ev” statusunda qalır. Sənədsiz evlər həm fərdlərin hüquqlarının qorunmamasına, həm də sosial və iqtisadi problemlərin yaranmasına səbəb olur. Məsələn, belə evlərdə yaşayan şəxslər mülkiyyət hüququnu tam həyata keçirə bilmir, evlərini satmaq, kirayəyə vermək və ya miras qoymaq kimi hüquqlardan məhrum qalırlar. Bəs, hansı evlərə sənəd verilməyəcək?Mövzu ilə bağlı Missiya.Az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımov bildirib ki, ilkin qeydiyyat üçün əsas olan sənədləri olmayan tikinti obyektlərinə heç bir sənəd verilməyəcək:

"Bu prosesin həyata keçirilməsi üçün ilkin qeydiyyata əsas yaradan müəyyən sənədlərin mövcud olması vacibdir. İlkin qeydiyyat üçün tələb olunan sənədlərin dəqiq siyahısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda ətraflı şəkildə göstərilmişdir",- deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesində hökumət tərəfindən görüləcək addımlar nəticəsində müəyyən hallarda evlərin tamamilə sənədləşdirilməsi mümkün olmayacaq:

"Xüsusilə, bu qənaət ilkin müzakirələr əsasında formalaşmışdır: aktiv mədən zonalarında, vulkanik ərazilərdə və mühafizə zolaqlarına düşən evlər üçün sənəd verilməyəcək. Buna baxmayaraq, qalan bütün evlərin sənədləşdirilməsi mümkün olacaq və onlar müvafiq qaydada qeydiyyata alınacaq. Bu yanaşma həm qanunvericiliyə uyğunluğu təmin edir, həm də vətəndaşların daşınmaz əmlak hüquqlarının qorunmasını nəzərdə tutur",- deyə ekspert əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
30
missiya.az

1Sources