EN

Çində “Unitree G1” robotu -47 °C-də 130.000 addım atdı-Video

Çinin insanabənzər Unitree G1 robotu ekstremal şərtlərə dözərək, mənfi 47 dərəcədən aşağı temperaturda qarda 130.000 addım atıb. Bu barədə Oxuməni.az "hightech.fm" saytına istinadən məlumat yayıb.

Unitree şirkəti insanabənzər G1 robotunun iştirakı ilə nümunəvi bir təcrübə keçirib. Cihaz Çinin Sincan vilayətinin dağlıq ərazisinə göndərilib, burada havanın temperaturu mənfi 47,5 dərəcəyə qədər düşüb. Bu şəraitdə robot qarda 130 min addıma bərabər məsafə qət edib.

Təcrübə zamanı G1 qarda Olimpiya Oyunlarının simvolunu tapdalayıb. Nəticədə, səthdə yüksəklikdən baxmaq üçün nəzərdə tutulmuş təxminən 186-100 metr ölçüdə bir loqo yaranıb. Soyuqdan qorunmaq üçün robotu izolyasiyalı gödəkçə və əlcəklə təchiz ediblər.

Çin KİV-ləri qeyd edir ki, insanabənzər robotlar əvvəllər belə aşağı temperaturlarda sınaqdan keçirilməyib. Eyni zamanda, tərtibatçılar robotun şarj olmadan nə qədər müddət işlədiyini açıqlamayıblar. Məlumdur ki, adi şəraitdə Unitree G1-in akkumulyatoru təxminən iki saat fasiləsiz fəaliyyət üçün nəzərdə tutulub.

Robotun boyu 1,27 metr, çəkisi isə təxminən 35 kiloqramdır. Çin bazarında modelin qiyməti təxminən 14,2 min dollar dəyərindədir. Keçən ilin yekunlarına görə, Unitree 5,5 mindən çox insanabənzər robot tədarük edib.

Almaz Həsənli

Chosen
30
1
oxumeni.az

2Sources