Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Narkoloji müalicə birmənalı olaraq könüllü aparılmalıdır".
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov bildirib.
“Narkoloji müalicə anonim də ola bilər. Xəstənin məlumatları məxfi saxlanılır. İnsanlar adının qeydiyyata düşməsindən, cəmiyyətdə yayılmasından narahat olurlar. Ona görə də gedib qeyri-qanuni fəaliyyət göstərən reabilitasiya mərkəzlərinə müraciət edirlər. Heç maraqlanmırlar ki, oradakı müalicə metodu nə dərəcədə doğrudur? Ümumiyyətlə, reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməlidir, dövlət nəzarəti olmalıdır”, - direktor bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.