EN

"Naftoqaz": Ukrayna ABŞ-dən 100 milyon kubmetr həcmində ilk LNG partiyasını qəbul edib

Ukrayna ABŞ-dən 2026-cı ildə təxminən 100 milyon kubmetr həcmində ilk mayeləşdirilmiş təbii qaz (LNG) partiyasını qəbul edib, növbəti partiya fevral-mart aylarında gözlənilir.

"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə "Naftoqaz Ukrayna" milli səhmdar şirkətinin idarə heyətinin sədri Sergey Koretski sosial şəbəkələrdə məlumat yayıb.

"Naftoqaz" Polşanın "Orlen" dövlət konserni ilə tərəfdaşlıq çərçivəsində bu il təxminən 100 milyon kubmetr həcmində ABŞ-dən ilk LNG partiyasını tədarük edib", - o qeyd edib.

Onun sözlərinə görə, əlavə qaz həcmləri kəskin soyuqlar və Rusiyanın enerji infrastrukturuna hücumları dövründə olduqca vacibdir. Çatdırılan partiya təxminən 700 min ailənin bir aylıq qış istehlakı üçün kifayətdir.

"Ümumilikdə, 2026-cı ildə Ukraynaya ABŞ-dən 1 milyard kubmetrədək LNG idxal etməyi planlaşdırırıq", - o vurğulayıb.

Chosen
18
far.az

1Sources