EN

Ötən il 159 zal nəzarətçisi köçürməyə şərait yaratdığına görə bazadan çıxarılıb - DİM

Bakı. Trend:

2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlifsəbəblərlə çıxarılıb.

Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat,təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri AdıgözəlHəbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətininqiymətləndirilməsinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, bunlardan 286 nəfərin bazadan çıxarılmasıbirbaşa imtahanla bağlıdır:

İmtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə — 346

Sosial məzuniyyətdə olduğuna görə — 122

Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yolverdiyinə və köçürməyə şərait yaratdığı (sual kitabçalarının, cavabkartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yummaq vəs.) imtahan rəhbəri tərəfindən müəyyənləşdirildiyinə görə — 159

Cavab kartını, cavab vərəqini, sual kitabçasını, yazı işivərəqini səhv verdiyinə görə — 14
İmtahan iştirakçısı imtahan zalından cavab kartını və ya cavabvərəqini və ya yazı işi vərəqini çıxarıb — 10
İmtahan zalında imtahan rəhbəri tərəfindən telefon aşkarlandığınavə ya özü ilə imtahan binasına telefon keçirdiyinə görə — 6

İmtahan zalını idarə edə bilmədiyinə və imtahan zamanıiştirakçılarla söhbət etdiyinə görə — 42
Sənədlərlə iş bacarığı və prosedur qaydalarına dair məlumatı zəifolduğuna görə (cavab vərəqini sual kitabçası zərfinə qoymaq, cavabvərəqini vaxtında təhvil almamaq, sual kitabçasını iştirakçıyavaxtından əvvəl vermək, iştirakçını səhv yerdə əyləşdirmək,iştirakçıları vaxtından əvvəl buraxmaq, imtahan zamanı zaldançıxmaq) — 16

Etik davranış qaydalarını pozduqlarına görə — 14

Nəzarətçi vəsiqəsini götürdüyü halda dəfələrlə imtahanlardaiştirak etmədiyi üçün — 25

Müqavilə bağlamadığına və ya müqaviləyə xitam verdiyinə görə —23

İşdən çıxdığına və ya təqaüdə çıxdığına görə — 114

Digər səbəblərlə (səhhəti imkan vermir, vəfat edib, ölkəxaricindədir, hərbi xidmətdədir, ailə vəziyyəti imkan vermir,direktor təyin edildiyinə görə, dövlət qulluqçusu olduğuna görə) —44 nəfər kənarlaşdırılıb.

Chosen
37
az.trend.az

1Sources