EN

Obyektlərimin sökülməsinə səbəbkar Qod Nisanov, Adil Əliyev və...- Sabiq deputat Qalib Salahzadə

Bilgəh qəsəbəsində obyektlərinin qanunsuz sökülməsindən şikayət edən sabiq deputat Qalib Salahzadə Ajans.az-ın baş redaktoru Tural Müseyibovun suallarını cavablandırıb. Qalib Salahzadə bu işdə əsas etibarilə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi günahlandırınb. O həmçinin tanınmış iş adamı Qod Nisanovun da bu işin arxasında olduğunu deyib. Qalib Salahzadə bildirib ki, Bilgəh qəsəbəsində dənizkənarında olan obyektlərimin hamısının sənədi var. Sitat: “Bu obyektlər 20-30 ildir fəaliyyət göstərir. Bilgəhlilər buradan evinə pul aparır. Mən bu obyektləri rəsmi ödəniş edib almışam. Bu obyektlərin hamısında Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin gözü var. Bu okyektlər elə yerdə yerləşir ki, bura Bilgəhin ən gözəl yerləridir. Adil Vəliyev bu söküntü işlərini də xüsusi zaman seçib həyata keçirir. Heç bir xəbərdarlıq etmədən 1 saatın içində gəlib söküb gediblər. Obyektləri fəaliyyət göstərə-göstərə söküblər. Elementar xəbərdarlıq belə etməyiblər. Biliblər ki xəbərdarlıq etsələr mən mətbuata, lazımi orqanlara müraciət edəcəm. Qəsdən xəbərdarlıqsız gəlib söküblər. İndi mənə zəng edib xahiş edirlər ki, Adil Vəliyev deyir ki, bu işin səbəbkarı o deyil. Müəyyən adamların adını çəkir ki, onlar sökür mən yox. Qəsdən belə deyir ki, mən o adamların adını çəkim o şəxslər də məndən incik düşsün. Adil Vəliyev deyir ki, guya bu obyektlər hörmətli bir şəxsin bağının qarşısını kəsir. 20-30 ildir bağın qarşısını kəsmirdi indi kəsir? Mən hərrac yolu ilə “Şəbəkə” restoranını almışam. Necə olur ki, qanuni sənədləri ola-ola mənim obyeklərimi sökürlər. Mən axı pul ödəniş etmişəm”. Sitatın sonu. Mənim obyektlərimin sökülməsi prosesinin arxasında Qod Nisanov və dayanır. Qalib Salahzadə deyir ki, dünən axşam saat 9-da icra hakimiyyətindən ona zəng ediblər ki, bu Adil Vəliyevin işi deyil. Sitat: “Adlar çəkirlər. İstəyirlər məni o adamlarla pis eləsinlər. Mənim 73 yaşım var. Mən heç kimə ərizə yazan deyiləm. Mən sözümü deyirəm mətbuata. Bilənlər bilsin və tədbir görsünlər. Sadəcə Bilgəhliləri narazı salmaq lazım deyil. Bəli mən bilirəm bu söhbətin arxasında kimlər var. Qod Nisanovun qurma adamı var adı da Həsənov Yalçın Hidayət oğludur. Onu bura qoyublar. Bu işdə Qod Nisanov da var başqa adamlar da var. Mən sizi tanımıram amma deyirəm hamısını. Mən heç kimdən də narahat deyiləm. Qod Nisanovun nümayəndələri mənə zəng ediblər ki, Bakıda bizim 4000 adamımız var. Mən də dedim ki, bura Rusiya deyil. Bura Azərbaycandır. Mən də Cənab Prezidentimə sadiq adamam. Mən köhnə ata-baba qaydası ilə danışan adamam. Adil Vəliyev mənim 80 sot hasarlı həyətimi Sabunçu İcra Hakimiyyəti müavinlərinə həavlə edib ki, verirəm sizə. Belə haqsızlıqlar var. Allah onların cəzasını verəcək. Mən Heydər Əliyev çörəyini yeyirəm. Mən dövlətimə bağlı adamam.” Sitatın sonu. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Chosen
37
Ajans.az

1Sources