EN

Uşaqlar üçün sosial media qadağası: Bu əməl cinayət hesab ediləcək

Danimarka, Avstraliya və Fransadan sonra İspaniya da 16 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançez bəyanat yayıb.

Yeni qaydaya əsasən, şirkət rəhbərləri platformalarındakı qanunsuz və ya zərərli məzmuna görə hüquqi və cinayət məsuliyyəti daşıyacaqlar. Qanun layihəsi həmçinin qanunsuz məzmunu təbliğ edən alqoritmik manipulyasiyanı cinayət hesab edəcək.

İspaniya hökuməti "Grok", "TikTok" və "Instagram" kimi platformalarda törədilən cinayətləri araşdırmaq və məhkəməyə vermək üçün prokurorların səlahiyyətlərini genişləndirməyi də hədəfləyir.

Chosen
12
publika.az

1Sources