Bakı.Trend:
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindəntranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxılgöndərilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan DəmirYolları QSC"-dən məlumat verilib.
Bildirilir ki, sonuncu dəfə fevralın 1-i Rusiyadan ErmənistanaAzərbaycandan tranzit keçməklə növbəti taxıl yüklü vaqonlargöndərilib. Həmin vaqonlarda ümumi çəkisi 1 746 ton taxıl olub.
ADY-dən əlavə edilib ki, indiyədək göndərilən taxıl yüklüvaqonların 5577.2 tonu ötən il, 14 942.38 tonu isə bu ilAzərbaycandan Ermənistana yola salınıb.