EN

"Rabitəbank" Azərbaycanda İslam bankçılığı üzrə Mudaraba və Murabaha məhsullarının tətbiqinə başladı

Bakı. Trend:

"Rabitəbank" alternativ maliyyə ehtiyaclarının qarşılanması vəbank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində dahabir mühüm addım atdı. Bank 2 fevral 2026-cı il tarixindən etibarənİslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba və Murabahaməhsullarını təqdim etməyə başlayıb.

Yeni məhsullar Azərbaycan Respublikasının Mərkəzi Bankıtərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminə uyğun olaraqhəyata keçirilir və ölkədə alternativ maliyyə alətlərinininkişafına, bank xidmətlərinin əlçatanlığının artırılmasına, eləcədə maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir.

Mudaraba- İslam prinsiplərinə uyğun sərmayəmodeli

Mudaraba məhsulu üzrə cəlb edilən vəsaitlərin minimum məbləği500 AZN, maksimum məbləği isə 500.000 AZN və ya onun USD/EURekvivalenti təşkil edir. Depozitin müddəti 3, 6, 9, 12 ay olaraqmüəyyən edilir. Məhsuldan həm fiziki şəxslər, həm də sahibkarlaryararlana bilərlər.

Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinəuyğun şəkildə idarə olunur və əldə edilən xalis gəlirin 80%-imüştərilərə, 20%-i isə bankın marjası kimi bölüşdürülür. Müqaviləüzrə bank öz kapitalı ilə məsuliyyət daşıyır və bu məsuliyyətşərtləri müqavilədə açıq şəkildə qeyd olunur.

Murabaha – Faizsiz və şəffaf maliyyələşdirməimkanı

Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olanehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasınınmaliyyələşdirilməsi məqsədilə təqdim olunur. Bu məhsul üzrəmaliyyələşmə məbləği 30.000 AZN-dən 500.000 AZN və ya onun USD/EURekvivalentində, müddət isə maksimum 12 ay təşkil edir.

Murabaha çərçivəsində maliyyələşmə malların, iş və xidmətlərinalışı əsasında faizsiz şəkildə həyata keçirilir. Marja dərəcəsimüştəri maliyyələşdirilən zaman sabit məbləğ kimi hesablanır vəkomissiyasızdır. İslam bankçılığı prinsipləri ilə qadağan edilməyənbütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür. Buməhsuldan həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar yararlanabilərlər.

"Rabitəbank" bu təşəbbüslə müasir bankçılıq təcrübəsinialternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişənmaliyyə ehtiyaclarına uyğun yeni və etibarlı imkanlar yaradır.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakışəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “RabitaMobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business”tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə özmüştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrlibank xidmətləri təqdim edir.

Chosen
33
8
az.trend.az

9Sources