EN

Türkiyənin diplomatik manevr qabiliyyəti Yaxın Şərqdə təhlükəsizlik balansının qorunmasında həlledici amildir - Ərəb mətbuatı

Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı yaxınlaşma təkcə iki ölkə üçün deyil, bütün Yaxın Şərq üçün həyati əhəmiyyət kəsb edir.

Missiya.Az xəbər verir ki, bu barədə "Arab News" telekanalı məlumat yayıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vizyonu Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərini regional sabitlik üçün əsas mövqeyə qaldırıb. Ankaranın diplomatik manevr qabiliyyəti regionda təhlükəsizlik balansının qorunmasında həlledici amildir", - deyə vurğulanıb.

"Əl Mədinə" qəzeti isə iki ölkə arasında münasibətlərin çoxşaxəli təbiətini təhlil edərək, Türkiyənin hərbi çəkindirmə qabiliyyətinin əməkdaşlıqdakı rolunu qeyd edib:

"Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri artıq diplomatik nəzakətlə məhdudlaşmır. Onlar siyasi, hərbi və iqtisadi üfüqləri əhatə edən strateji tərəfdaşlıq səviyyəsindədir. Ankaranın müdafiə sənayesindəki irəliləyişləri bu əməkdaşlığın ən güclü sütunlarından birini təşkil edir", - bildirilib.

Daşqın HəsənovMissiya.Az

Chosen
16
missiya.az

1Sources