EN

İran və Misir XİN rəhbərləri regional məsələləri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçı ilə misirli həmkarı Bədr Əbdülati arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, tərəflər söhbət zamanı bölgədə baş verən son proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Bildirilib ki, danışıq zamanı İran XİN rəhbəri gərginliyin azaldılması və regional sabitliyin qorunmasında bölgə ölkələrinin konstruktiv və koordinasiyalı rolunun vacibliyini vurğulayıb, bu istiqamətdə Misirin apardığı diplomatik səyləri və irəli sürdüyü təşəbbüsləri yüksək dəyərləndirib.

Öz növbəsində Əbdülati ölkəsinin bölgədə sülh və sabitliyin qorunmasına sadiq olduğunu bəyan edib və Misirin istənilən diplomatik həll yolunu dəstəkləməyə hazır olduğunu qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
8
missiya.az

1Sources