Xüsusilə qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində Azərbaycan-BƏƏ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Eyni zamanda, Azərbaycan-BƏƏ parlamentlərarası dostluq qrupu üzvü kimi də qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığında xüsusi rolu vardır. Parlamentlər arasında qarşılıqlı səfərlər, təcrübə və fikir mübadiləsi, beynəlxalq parlament platformalarında koordinasiyalı fəaliyyət iki ölkə arasında siyasi etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin dərinləşməsinə real töhfə verir. Parlament diplomatiyası bu strateji münasibətlərin dayanıqlı və uzunmüddətli xarakter almasına xidmət edən mühüm mexanizmdir.
Hesab edirəm, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər artıq yeni bir inkişaf mərhələsinə daxil olur. Cənab Prezident İlham Əliyevin liderliyi ilə qurulan bu möhkəm siyasi xətt qarşıdakı illərdə də dost ölkə ilə strateji tərəfdaşlığın daha da genişlənməsinə, əməkdaşlığın yeni sahələr üzrə dərinləşməsinə və hər iki ölkənin milli maraqlarına xidmət edən davamlı nəticələrin əldə olunmasına imkan yaradacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31