EN

Xaçmaz Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi həyata keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində yerli icra hakimiyyətiorqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsihaqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəligələn məsələlərin həllinə dair iclas keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni fərmanaəsasən Rayon İcra Hakimiyyəti başçısı aparatında həyata keçirilənoptimallaşma haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezidentcənab İlham Əliyevin fərmanı yerli icra hakimiyyəti orqanlarınınstrukturunun dövlət qulluğu haqqında Azərbaycan RespublikasınınQanununa uyğun olaraq təşkili, optimallaşdırılması və onlarınfəaliyyətində səmərəliliyin artırılmasına xidmət edəcək.

İclasda həmçinin Xaçmaz Rayon İcra Hakimiyyəti başçısıaparatının baş məsləhətçisi Yaqut Məsimovanın yaş həddi iləəlaqədar təqaüdə göndərildiyi bildirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yaqut Məsimovayaxoş arzularını çatdırıb, onu rayonun ictimai həyatında fəaliştirakına və uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinəgörə Fəxri Fərmanla təltif edib.

Yaqut Məsimova dövlət qulluğunda çalışmağın böyük şərəf vəməsuliyyət olduğunu qeyd edərək göstərilən yüksək diqqət və qayğıyagörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.Həmçinin rayon rəhbərinə təşəkkürünü ifadə edib.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Chosen
35
az.trend.az

1Sources