EN

Bu ölkədə SƏRT QADAĞA

Ajans.az Politico-ya istinadən xəbər verir ki, sosial media platformalarında yalnız nümayiş üçün deyil, həm də işləyən real maneələr üçün effektiv yaş yoxlama sistemləri tətbiq olunmalıdır. “İspaniya yetkinlik yaşına çatmayanları rəqəmsal Vəhşi Qərbdən qoruyacaq”, – deyə o əlavə edib. Qadağanın gələn həftə İspaniya Nazirlər Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Yeni qanun 16 yaşdan kiçik istifadəçilərin rəqəmsal platformalarda qeydiyyatdan keçməsini açıq şəkildə qadağan edəcək. Sançesin açıqlamasına görə, bu tədbir daha geniş paketinin bir hissəsidir və sosial media rəhbərlərinin qanunsuz məzmuna görə qanuni məsuliyyət daşıması, dezinformasiya, nifrət nitqi və uşaq pornoqrafiyasının sərt monitorinqini əhatə edir. Qeyd edək ki, digər ölkələrdə də uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunur. Məsələn, Avstraliya 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə olub, Portuqaliya isə valideyn razılığı tələb edən qanun layihəsi təqdim edib.

 

Chosen
4
Ajans.az

1Sources