EN

Tramp Afrika ölkələri ilə ticarət müqaviləsinin müddətini uzatdı

ABŞ prezidenti Donald Tramp 32 Afrika ölkəsinə ABŞ bazarına rüsumsuz giriş imkanı verən müqaviləni uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəliyinin ofisi məlumat verib.

Tramp 25 il əvvəl əldə edilən müqaviləni 30 sentyabr 2025-ci ildən 31 dekabr 2026-cı ilə qədər uzadan müvafiq qanunu imzalayıb.

Saziş ABŞ-a bir neçə Afrika ölkəsindən avtomobillər, geyim və kənd təsərrüfatı məhsulları da daxil olmaqla, hər il milyardlarla dollar dəyərində malları rüsumsuz almağa imkan verir.

Sazişin müddəti payızda başa çatdı və bu da Afrikada əhəmiyyətli iş yerlərinin itirilməsinə və ixracatçıları yüksək tariflər ödəməyə məcbur etmişdi. 

Chosen
37
ucnoqta.az

1Sources