Mətbuat konfransında layihənin hazırlanma prosesi ilə bağlı bir neçə mühüm detal açıqlanıb. Konstitusiya mətninin cari ilin mart ayınadək hazır olacağı gözlənilir. Ən çox müzakirə edilən məsələ - sənəddə Müstəqillik Bəyannaməsinə istinadın qalıb-qalmayacağı hələlik Konstitusiya Şurası tərəfindən müzakirə edilməyib. Erməni Apostol Kilsəsinin xüsusi statusunun dəyişdirilməsi barədə rəsmi müzakirə aparılmasa da, nazir şəxsi qənaətinə görə bu məsələdə dəyişikliyin olmayacağını vurğulayıb.
Ümumxalq səsverməsinin iyun ayında keçiriləcək seçkilərdən sonra baş tutacağı ehtimal edilir, lakin dəqiq tarix hələ müəyyənləşməyib. Nazir yaxın vaxtlarda yeni Konstitusiya layihəsi ilə bağlı geniş məlumatlandırma kampaniyasına başlanılacağını da əlavə edib.