İndilərdə Əbu-Dabidə Paşinyan-Əliyev görüşü başa çatdı.
Herbiand.az bildirir ki, bu barədə “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan özünün Telegram kanalında yazıb.
“Hamıya məlumdur ki, iştirak edən rəsmilər öz ölkələrində demarkasiya komissiyalarına rəhbərlik edirlər. Bundan əlavə, hamımız bilirik ki, Ermənistanın dəqiq demarkasiya reqlamentləri olmadan nəzarəti altındakı əraziləri Azərbaycana təhvil verdiyi və əvəzində işğal olunmuş (? - red.) bir millimetr də olsun erməni torpaqlarını almadığı vəziyyət var idi. Nəticədə, Nikol Paşinyan bələdçi kimi fəaliyyət göstərərək vaxtaşırı “turist səfərləri” təşkil edildiyi bir utanc divarı aldıq”, - Marukyan qeyd edib.
O, daha sonra vurğulayıb ki, Əbu-Dabidəki görüşdən sonra iki ssenari mümkündür: “Ya Azərbaycan silahlı qüvvələri Ermənistanın suveren ərazilərindən çıxacaq, ya da Ermənistan hakimiyyəti yeni birtərəfli ərazi güzəştlərinə gedəcək. Mətbuatı bu məsələyə diqqət yetirməyə çağırıram. Davam edən rüsvayçı “demarkasiya” prosesləri nəticəsində dövlətimizi və xalqımızı nəyin gözlədiyini müvafiq rəsmilərdən öyrənmək vacibdir”.
Bəxtiyar CƏFƏRLİ