EN

“Neftçi” “Qarabağ”ın xahişinə “yox” dedi

“Neftçi” “Qarabağ”ın xahişinə “yox” dedi

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib.

Klub İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə karşı keçiriləcək matçın təxirə salınmasını istəyib.

PFL öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin Bakı klubu “Qarabağ”ın bu istəyini geri çevirib.

“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli də bunu təsdiq edib: “Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i saat 19:00-da keçiriləcək.

Çempionlar Liqasının pley-offunun cavab görüşü çərçivəsindəki “Nyukasl” – “Qarabağ” görüşü isə fevralın 24-dən 25-nə keçən gecə 00:00-da oynanılacaq.

Chosen
35
9
afn.az

10Sources