EN

Türkiyənin Alagöz Holdinq Şirkətlər Qrupu Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır

Bakı. Trend:

Türkiyənin Alagöz Holdinq Şirkətlər Qrupu Azərbaycanın kəndtəsərrüfatına sərmayə qoyuluşunda maraqlıdırlar.

Trend xəbərverir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun MəmmədovlaAzərbaycanda səfərdə olan Türkiyənin Alagöz Holdinq ŞirkətlərQrupunun İdarə Heyətinin sədri Cantürk Alağözün rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşü zamanı məlumat verilib.

Qonaqları salamlayan nazir Məcnun Məmmədov bildirib ki,Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləribütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir.Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq,baytarlıq, aqrar sığorta və digər istiqamətlər üzrə sıx və səmərəliəməkdaşlıq edir. Türkiyəli iş adamlarının Azərbaycanın kəndtəsərrüfatı sektoruna investisiya qoyuluşu prosesində aktiv iştiraketdiyini xatırladan nazir qeyd edib ki, iki ölkə arasında aqrarsahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur.

Alagöz Holdinq Şirkətlər Qrupunun İdarə Heyətinin sədri CantürkAlağöz ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət tərəfindəndəstəkləndiyini, bu amilin aqrar sektora investisiya qoyuluşuprosesini daha cəlbedici etdiyini vurğulayıb. Rəhbərlik etdiyişirkətin Azərbaycanda aqrar sektorla sıx əməkdaşlıq etdiyinibildirən Cantürk Alağöz ölkəmizin kənd təsərrüfatına sərmayəqoyuluşunda maraqlı olduqlarını qeyd edib.

Tərəflər bitkiçilik və heyvandarlıq sahələrinə sərmayələrin cəlbolunması, bu istiqamətlərdə fəaliyyət göstərən iş adamları arasındaəlaqələrin gücləndirilməsi barədə razılıq əldə ediblər. Görüşdə ikiölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri, eləcədə aqrar sahəyə dövlətin dəstək mexanizmləri ətrafında geniş fikirmübadiləsi aparılıb.

Chosen
57
9
az.trend.az

10Sources