EN

Ermənistanın yeni Konstitusiyasının mətni yaxın altı ayda hazır olacaq

Ermənistanın yeni Konstitusiyasının mətni yaxın altı ay ərzində hazır olacaq.

Oxuməni.az-ın “Armenpress”-ə istinadən verdiyi məlumata görə, bunu çərşənbə günü keçirilən mətbuat konfransında ədliyyə naziri Srbui Qalyan bildirib.

Onun sözlərinə görə, işin yekun nəticələrinin mart ayına planlaşdırıldığı kimi qalır və müəyyən edilmiş vaxt qrafikləri yenidən nəzərdən keçirilməyəcək.

"Mart ayında işimizin yekun nəticələri açıqlanacaq. Biz əvvəllər müəyyən edilmiş vaxt qrafiklərindən kənara çıxmayacağıq. Bu vaxta qədər bizdə hazır olacaq mətni dərc edəcəyik", - deyə o vurğulayıb. Qalyan qeyd edib ki, yeni Konstitusiyanın mətinin yekunlaşdırılması nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

Qalyan qeyd edib ki, yeni Konstitusiyanın mətinin yekunlaşdırılması nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

Almaz Həsənli

Chosen
40
oxumeni.az

1Sources